Azərbaycanda gender-əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya start verilir
BMT-nin Əhali Fondu (UNFPA) Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizəyə töhfə vermək məqsədilə 16 Günlük Fəallıq Kampaniyasına başlayır.
Kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə UNFPA tərəfindən həyata keçirilən “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində reallaşacaq.
Qeyd edək ki, "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altinda 16 Günlük Fəallıq Kampaniyasının builki hədəfi texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizədir. Bu növ zorakılıq qadınlara qarşı təhqir, təqib, şantaj və şəxsi məlumatların icazəsiz paylaşılması kimi müxtəlif formalarda özünü göstərə bilər. Sosial media, mesajlaşma platformaları və digər rəqəmsal vasitələrdən istifadə zamanı bu cür zorakılıqla qarşılaşma halları daha çox ola bilər.
Kampaniyanın məqsədi ictimai məlumatlılığı artırmaqla qadınlara və qızlara qarşı zorakılığa diqqət çəkmək, texnologiyaların onlara qarşı zorakılıq vasitəsi kimi istifadə olunmasının qarşısını almaq, qadın və qızları texnologiyalardan təhlükəsiz istifadə qaydaları haqda məlumatlandırmaqla texnologiyadan istifadə vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmləri ilə təmin etməkdir.
Layihə çərçivəsində müxtəlif kommunikasiya kanalları vasitəsilə gender bərabərliyi, qadınların hüquqları və zorakılığa qarşı müdafiə yollarını vurğulayan materiallar yayımlanacaq.
Bununla yanaşı, Bakı şəhərində, həmçinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində genişmiqyaslı məlumatlandırma sessiyaları təşkil olunacaq. Məktəblərdə və icmalarda keçiriləcək məlumatlandırırma sessiyaları vasitəsilə 1800-dən çox insana qadınlara qarşı müxtəlif texnologiyalardan istifadə vasitəsilə törədilən zorakılıq halları və buna qarşı mövcud müdafiə mexanizmləri barəsində məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























