Rubl sürətlə ucuzlaşır - 2022-ci ilin Martından bəri bir ilk
Moskva birjasında yuanın məzənnəsi 2022-ci ilin martından bəri ilk dəfə olaraq 15 rublu ötüb.
Marja xəbər verir ki, birjadankənar Forex bazarında dolların məzənnəsi 2022-ci il martın 10-dan bəri ilk dəfə olaraq 114 rublu ötüb.
Rusiyanın banklararası bazarında dolların məzənnəsi 114,506 rubl (+7,1%) təşkil edib. Rusiya Mərkəzi Bankının noyabrın 27-nə olan Dolların rəsmi məzənnəsi 105,0604 rubldur.
Forex bazarında avronun məzənnəsi 23 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 119 rublu keçib.
ABŞ-ın yeni sanksiyalarının Rusiyanın onsuz da məhdudlaşdırılmış ticarət kanallarını bağlayacağı qorxusu ilə Rusiya rublu ucuzlaşır. Bir müddət əvvəl ABŞ dolları 100 rublu ötüb keçdi ki, bu da adi rusiyalılar üçün iqtisadiyyatın sağlamlığını qiymətləndirmək üçün psixoloji cəhətdən vacib hədddir. USD/RUB məzənnəsi 2022-ci ilin martından bəri ən zəif dəyəri olan 113-ü görüb. Analitiklər keçən həftə ABŞ-ın sanksiyaya məruz qalmayan sonuncu Rusiya kreditorlarından biri olan Qazprombank da daxil olmaqla, onlarla maliyyə qurumuna qarşı sanksiyalarına işarə ediblər. Məhdudiyyətlər xarici alıcıların Rusiya ixracına görə ödəmələrini çətinləşdirə bilər. Rublun ucuzlaşması idxal xərclərini artırır. İstehlakçı inflyasiyası hazırda 9 faizə yaxındır ki, bu da mərkəzi bankın ötən ay faiz dərəcələrini 21 faizə qaldırmasına səbəb olub. Bankın dekabr yığıncağında daha bir artımın olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























