2025-ci ildə qlobal iqtisadiyyatın artım proqnozu - HESABAT
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) gələn il qlobal iqtisadiyyatın 3 faiz artacağını proqnozlaşdırıb.Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's-un (S&P) qlobal iqtisadi vəziyyət ilə bağlı dərc etdiyi hesabatında, qlobal iqtisadiyyatın 2025-ci ilə nisbətən yaxşı vəziyyətdə başlayacağı bildirilib.
Marja.az-ın məlumatına görə, hesabatda qeyd olunub ki, dünya iqtisadiyyatının bu il 3,3 faiz, gələn il isə 3 faiz artacağı gözlənilir.
Hesabatda, Covid-19 epidemiyasından sonra inflyasiyanın gözlənilməz kəskin artımına qarşı artan faiz dərəcəsinin gözləntilərin əksinə olaraq iqtisadi yavaşlamaya səbəb olmadığı, artıq mərkəzi bankların faiz dərəcələrini aşağı saldığı, iqtisadiyyatda normal olaraq çətin əldə edilən “yumşaq eniş” ssenarisinin mümkün göründüyü bildirilib.
Hesabatda ABŞ iqtisadiyyatının yaxşı performans göstərməyə və qlobal makro mənzərəni sabit saxlamağa davam etdiyinə və bu vəziyyətin dəyişə biləcəyinə, yeni administrasiyanın siyasətlərinin inflyasiya təzyiqlərini artırma və maliyyə şərtlərini sərtləşdirmə riski yaratdığına və bunun digər iqtisadiyyatlar, xüsusən də inkişaf etməkdə olan bazarlara keçməsi ehtimalı olduğuna diqqət çəkilib.
Bundan əlavə, hesabatda vurğulanıb ki, ABŞ iqtisadiyyatının bu il 2,7 faiz, gələn il isə 2 faiz böyüməsi gözlənilir.
Hesabatda Avrozona iqtisadiyyatının bu il 0,8 faiz, gələn il isə 1,2 faiz artacağı, Çin iqtisadiyyatının isə bu il 4,8 faiz, gələn il isə 4,1 faiz artacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)







.jpg)




