Cənubi Koreyada 15 ildən sonra bir ilk: Sürpriz addım
Cənubi Koreya Mərkəzi Bankı 2009-cu ildən bəri ilk dəfə ardıcıl olaraq iki dəfə faiz endirimi edib və iqtisadi artım proqnozlarını aşağı salıb. Vonun sürətlə ucuzlaşması səbəbindən faizin endirilməsi mübahisə doğursa da, Kospi indeksi 0,29 faiz yüksəlib. Oktyabrda ölkədə inflyasiya 1,3 faizə düşüb ki, bu da 2021-ci ilin fevralından bəri ən aşağı göstəricidir.
Cənubi Koreya Mərkəzi Bankı (BOK) cümə axşamı siyasət pul siyasəti faizini 0,25 bənd azaldaraq 3 faizə endirib. Sürpriz addım kimi qiymətləndirilən bu azalma iqtisadiyyatın zəifləyən artım proqnozu ilə əlaqədar baş verib. Bu addım bankın 2009-cu ildən bəri ardıcıl faiz endirimi etdiyi ilk addımdır. Oktyabr ayında faiz dərəcələri 0,25 bənd aşağı salınmışdı.
İqtisadçılar faiz endirimini gözləmirdilər
Reuters-in sorğusuna qatılan iqtisadçılar Cənubi Koreya Mərkəzi Bankının faiz dərəcələrini 3,25 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər. Bununla belə, üçüncü rübdə gözləniləndən aşağı artım məlumatları bu qərara təkan verib. Ümumi daxili məhsul (ÜDM) iqtisadçıların proqnozlaşdırdığı 2 faiz səviyyəsindən aşağı qalaraq illik 1,5 faiz artıb.
Artım proqnozları aşağı salınıb
Mərkəzi Bank 2024-cü il üçün iqtisadi artım proqnozunu 2,4 faizdən 2,2 faizə, 2025-ci il üçün proqnozunu 2,1 faizdən 1,9 faizə endirib. BOK-un açıqlamasında iqtisadiyyatda aşağı istiqamətli təzyiqlərin artdığı və bu səbəbdən faiz dərəcəsinin endirilməsinin zəruri olduğu bildirilib.
İnflyasiya yavaşlayıb, milli valyuta təzyiq altındadır
Oktyabrda ölkədə illik inflyasiya 1,3 faiz təşkil edərək 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Bununla belə, Cənubi Koreya vonunun məzənnəsi son aylarda ABŞ dollarına nisbətdə sürətlə ucuzlaşaraq, noyabrın 14-də 1411,31-ə kimi iki ilin ən aşağı səviyyəsinə düşüb. Vonun bu sürətlə ucuzlaşması mərkəzi bank üçün faiz dərəcələrinin aşağı salınması baxımından əlavə problem yaradır.
Cənubi Koreya Mərkəzi Bankının sədri Rhee Chang-yong oktyabr görüşündən sonra verdiyi açıqlamada, "Koreya vonunun ABŞ dolları qarşısında dəyərini bizim istədiyimizdən daha sürətli və daha aşağı səviyyədə itirir" demişdir. Rhee vurğulamışdı ki, bu vəziyyət faiz dərəcələrinin aşağı salınma sürətinə təsir edən kritik amildir.
Morgan Stanley-dən "sürpriz" şərhi
Morgan Stanley-nin Cənubi Koreya və Tayvan üzrə baş iqtisadçısı Kathleen Oh, faiz dərəcəsinin endirilməsinin sürpriz olduğunu söyləyib. Xüsusilə ixracatdakı yavaşlama səbəbiylə iqtisadi artım perspektivinin pisləşməsinin bu qərarı dəstəklədiyini qeyd edən Oh, "Cənubi Koreya Mərkəzi Bankı, ABŞ siyasətləri təsdiqlənməmişdən əvvəl hərəkət etmək fürsətindən istifadə etdi, çünki mövcud faiz dərəcəsinin neytral səviyyədən yuxarı olduğunu bilirdi" deyib.
BOK 2024-cü ilin birinci rübü üçün neytral faiz dərəcəsini 0,2 faizlə 1,3 faiz arasında proqnozlaşdırır. Qərardan sonra Kospi indeksi 0,29 faiz artdığı halda, von 0,3 faiz ucuzlaşaraq 1392,17 olub.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 16 d. əvvəl
-
- 21 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
1 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
1 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
2 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
Son Xəbərlər

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı
Ən çox oxunanlar

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
