Rublun zəifləməsi fonunda Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 25%-ə yüksəldəcəyi gözlənilir
Rusiyanın valyuta bazarında baş verən son hadisələr analitikləri uçot dərəcəsi ilə bağlı proqnozlarını dəyişməyə məcbur edir. Marja.az-ın məlumatına görə, onlardan bəziləri etiraf edir ki, Rusiya Mərkəzi Bankı dekabrın 20-də keçirəcəyi iclasda uçot dərəcəsini 21%-dən 25%-ə qaldıra bilər. Rublun zəifləməsi idxalı bahalaşdıracaq və bu, artıq illik ifadədə 8,78%-ə qədər sürətlənmiş inflyasiyaya töhfə verəcək.
"Alfa-Bank"ın baş iqtisadçısı Natalia Orlova qeyd edib ki, ilin sonuna 8,5% inflyasiya proqnozu ilə 23% uçot dərəcəsi gözlənilirdi. Hazırda qiymət artımının trayektoriyası 10% səviyyəsinə doğru gedir. 25% uçot dərəcəsi valyuta bazarını sabitləşdirən amilə çevriləcək və rublun cəlbediciliyini dəstəkləyəcək.
"Alfa Capital Management" Şirkətinin maliyyə bazarlarının və makroiqtisadiyyatının təhlili üzrə direktoru Vladimir Bragin razılaşır ki, 25% nisbəti “yaxşı ola bilər”. Onun sözlərinə görə, “rublun zəifləməsi inflyasiyanı daha da sürətləndirə bilər”.
"Region" şirkətlər qrupunun Analitika departamentinin direktoru Valeri Veysberq hesab edir ki, dekabrda keçiriləcək növbəti iclasda Mərkəzi Bank uçot dərəcəsini 21%-dən 22%-ə, 2025-ci ilin birinci rübündə isə 23%-ə qaldıracaq.
27 noyabr 2024-cü il tarixində Rusiyanın milli valyutası dollar, avro və yuana nisbətdə sürətlə ucuzlaşıb. Forex bazarında dollar 114,5326 rubla çatıb.
Rusiya Mərkəzi Bankının Maliyyə Siyasəti Departamentinin direktoru Kiril Tremasov bəyan edib ki, ölkədə inflyasiya ilin sonunda hədəflənmiş 8,5 faiz səviyyəsini keçə bilər və buna görə də gələn ay siyasət faiz dərəcəsini artıra bilərlər.
Tremasov Rusiyanın Perm şəhərində keçirilən tədbirdəki çıxışında Rusiya Mərkəzi Bankının ilin sonuna inflyasiya hədəfinin 8-8,5 faiz olduğunu bildirib. Oktyabr ayı üçün əldə etdikləri məlumatlara görə inflyasiyanın sözügedən səviyyənin yuxarı həddinə yaxınlaşdığını qeyd edən Tremasov, "İnflyasiyanın rəsmi proqnozlarımızdan daha yüksək olması ehtimalını gözardı etmək olmaz" deyib.
Sözügedən vəziyyətin xalqın inflyasiya gözləntilərinə mənfi təsir etdiyini və bunun qəbuledilməz olduğunu qeyd edən Tremasov, “Belə olan halda, Mərkəzi Bank ən qısa zamanda qiymət sabitliyini təmin etmək və inflyasiyanı hədəflənən səviyyəyə qaytarmaq üçün əlindən gələni etməyi hədəfləyir" deyib.
Davamlı sanksiya narahatlıqları və valyuta məzənnələrindəki dalğalanmaların da inflyasiya təzyiqi yaratdığına diqqət çəkən Tremasov, “Qiymət sabitliyini təmin etmək üçün uzunmüddətli sərt pul siyasəti lazımdır. Mərkəzi Bankın dekabr iclasında siyasət faizinin daha da artırılmasını nəzərdən keçirəcəyinə şübhə yoxdur”,- bildirib.
Oktyabrın 25-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 2 faiz bəndi artıraraq 21 faizə çatdırıb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
50 d. əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 100 milyard manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
Ən çox oxunanlar
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək
"Zabrat Maşınqayırma Zavodu" səhmlərinin nominal dəyərini azaldıb
Azərbaycan şirkəti Çin şirkətilə müqavilə imzaladı - Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır
Naxçıvanda 122 istehsal və xidmət sahəsi istifadəyə verilib














.jpg)












.jpg)

