Bakıda Beynəlxalq Bankçılıq Forumu - 2024 keçiriləcək
03-04 noyabr 2024-cü il tarixində, Bakıda, Mastercard-la əməkdaşlıq çərçivəsində VIII Beynəlxalq Bankçılıq Forumu (IBF-2024) keçiriləcək.
Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, forumun mövzusu ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR.
Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.
Qeyd edilib ki, iki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.
VIII Beynəlxalq Bankçılıq Forumu ilə bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. VIII Beynəlxalq Bankçılıq Forumu
Vurğulanıb ki, 8 ildir IBF özünü sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Bu tədbirdə yaranan yeni imkanlar və əlaqələr bizi daim ilhamlandırır.
İBF 2024, Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi müstəsna maliyyə-bank tədbiridir. Forum, tənzimləyici orqanlardan, banklardan, fintech şirkətlərindən, assosiasiyalardan, beynəlxalq maliyyə təşkilatlarından, yerli səfirliklərdən, akademik mütəxəssislərdən, tanınmış şirkətlərin rəhbərlik nümayəndələrindən, qərar qəbuledicilərdən və influenserlərdən ibarət çoxşaxəli iştirakçıları bir araya gətirir.
Əsas Forum çərçivəsində bu il iştirakçılara dinamik inkişaf və öyrənmə imkanı yaradan maraqlı yan tədbirlər təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























