Ziraat Bank Azərbaycan müştərilərinə MilliÖn ödəniş terminalları vasitəsi ilə mədaxil imkanını yaratdı!
(®) Xidmət keyfiyyətinə daim önəm verən Ziraat Bank Azərbaycan xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
Bu dəfə bank müştərilərinin istər fiziki, istərsə də hüquqi şəxs müştərilərinin cari və kart hesablarına MilliÖn ödəniş terminalları vasitəsilə mədaxil imkanı yaradıb.
Ziraat Bank Azərbaycanın müştəriləri, Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş terminalları vasitəsilə artıq banka gəlmədən kart və cari hesab balanslarını asanlıqla artıra bilərlər. Digər üstünlük isə bu terminalların AZN valyutası ilə yanaşı, USD və EUR əskinazlarını qəbul edə bilməsidir. Kart hesabına mədaxil etmək üçün kartın üzərindəki 16 rəqəmli kodu daxil etmək kifayətdir. Cari hesabına mədaxil etmək istəyən fiziki şəxslər isə öz FİN kodunu, Hüquqi şəxs və sahibkarlar isə VÖEN nömrəsini daxil etməklə istəklərini reallaşdıra bilərlər. Qeyd edək ki, MilliÖn vasitəsilə minimal mədaxil məbləği 1 AZN, USD, EUR maksimal məbləğ isə 5000 AZN, USD və EUR təşkil edir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 26 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















