Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi
Lider mobil operator milli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirir
(®) 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında lider mobil operator jurnalistlərin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş xüsusi təlim təşkil edib. Beynəlxalq təlim şirkəti tərəfindən keçirilən kurs çərçivəsində media nümayəndələrinə ən yeni media tendensiyalar və qabaqcıl texnologiyalar barədə geniş məlumat təqdim edilib.
Təlimi giriş nitqi ilə açan Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova müasir jurnalistikada rəqəmsal biliklərin əhəmiyyətini vurğulayıb. S. Abbasova bu təlimin mətbuat nümayəndələrinin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirdib.
Təlimin birinci hissəsini İstanbul İstinye Universitetinin departament rəhbəri, daha öncə isəMassaçusets Texnologiya İnstitutunda süni intellekt üzrə araşdırmaçı qismində fəaliyyət göstərmiş Şebnem Özdemir aparıb. Təlim süni zəkanın jurnalistikada istifadə imkanlarına həsr olunmuş müzakirələrlə davam etdi. Türkiyənin Anadolu agentliyində media eksperti Büşra Begçecanlı bu sahədə olan geniş təcrübəsini təlim iştirakçıları ilə bölüşüb.
Ekspertlər medianın gələcəyini formalaşdıran cari tendensiyalar və texnologiyalar, süni intellekt vasitəsilə məzmun yaradılması, saxta xəbərlər, media manipulyasiyası riskləri, rəqəmsal dövrdə etik standartların saxlanılması kimi mövzular haqqında iştirakçılara dolğun məlumatlar təqdim ediblər.
Şirkət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
12 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
12 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
12 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
13 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 13 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
