Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!
Lider mobil operatordan “Kinon” ilə dünyaca məşhur onlayn kinoteatrlar bir arada(®) “Kinon" tətbiqinin imkanlarını genişləndirən Azercell dekabr ayının 10-dan etibarən xidmətə Wink, Viju və Premier onlayn kinoteatrlarını əlavə edir.
Beləliklə artıq “Kinon” eyni anda müxtəlif cihazlarda 240-dan çox yerli və xarici kanalı onlayn izləmək imkanı ilə yanaşı, “Amediateka”, "Premier", "Viju" və "Wink" kimi dünyaca məşhur onlayn kinoteatrları bir platformada birləşdirir.
- Amediateka: özündə aparıcı studiyaların və televiziya kanallarında yayımlanan müxtəlif janrlarda məşhur xarici filmləri, həyəcan dolu detektivləri, təsirli dramaları, komediyaları və romantik hekayələri birləşdirir;
- Premier: hər zövqə uyğun minlərlə film, serial, cizgi filmi və şouları izləmək imkanı verir;
- Viju: kino dünyasına tamamilə yeni yanaşma - ən baxılan filmlər, seriallar və kanalları bir araya gətirir;
- Wink: 60 mindən çox film və serialı Full HD formatında izləmək imkanı təqdim edir.
Yeni istifadəyə verilən “Kinon Plus” abunəsi ilə bütün bu yenilikləri bir abunəlik paketi çərçivəsində əlçatan edir. Ən əsası isə xüsusi kampaniya şərtlərinə əsasən “Kinon Plus”-a qoşulan abunəçilərə xidmətdən ilk 7 gün pulsuz istifadə imkanı və kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir.
“Kinon” xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və aylıq paketlər arasında seçim edə bilərlər. Müvafiq abunəliyi aktiv etmək üçün isə telefonun ekranında USSD kodun yığılması kifayət edir. Paketlər haqqında ətraflı məlumat üçün: Kinon
Qeyd edək ki, “Kinon”dan smartfonlar, Android TV-lər, Samsung Smart TV-lər, planşetlər və s. daxil olmaqla bütün Android və iOS əməliyyat sistemlərini dəstəkləyən cihazlarda yararlanmaq mümkündür. Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi aktivləşdirərək istifadə etmək olar. Tətbiqi “Google Play” və “AppStore”dan yükləyə bilərsiniz.
“Kinon” ilə Azercell-in rəqəmsal əyləncə dünyasını kəşf edin!
Xidmət haqqında daha ətraflı məlumat üçün Azercell və ya Kinon səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb












.jpg)







.jpg)


