ABŞ 2025-ci il üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı saldı
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) gələn il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib. Brent markalı neftin orta barel qiyməti təxmin edilən 76,06 dollardan 73,58 dollara düşüb.
ABŞ 2025-ci il üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
Marja xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) "Dekabr 2024 Qısamüddətli Enerji bazarı proqnozları Hesabatına" görə, gələn il neft bazarlarınının nisbətən tarazlaşacağı fərz edilir. Brent tipli xam neftin barrel qiymətinin cari səviyyələrə yaxın səviyyələrdə olacağı gözlənilir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun hasilatı 2025-ci il ərzində yeni hədəf səviyyələrə çatdıracağı və qlobal neft ehtiyatlarının sonda indiki səviyyələrə yaxın qalacağı gözlənilir.
Ehtiyatların birinci rübdə OPEC+ ixtisarı ilə gündəlik təxminən 700 min barel azalacağı, ilin qalan hissəsində isə OPEC+ və qeyri-OPEC+ ölkələrində hasilatın artması ilə gündəlik təxminən 100 min barel artacağı təxmin edilir. Bu artımlarla Brent markalı neftin barel qiymətinin 2025-ci ildə bu ilki orta səviyyə olan 80 dolların aşağı qalacağı hesablanır.
Müvafiq olaraq, gələn il Brent markalı neftin orta qiymətinin 73,58 dollar/barel olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 76,06 dollar/barel olaraq qiymətləndirilmişdi.
West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 69,12 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 71,60 dollar olaraq hesablanıb.
Bu il üçün EIA Brent markalı neftin orta barel qiymətini aşağı salaraq 80,49 dollara, WTI markalı xam neftin qiymətini isə 76,51 dollara qədər yenidən nəzərdən keçirib.
Hesabata görə, qiymətlər üçün əsas risklər Yaxın Şərqdəki münaqişələr və OPEC+ üzvlərinin hasilatın azaldılması öhdəliyidir.
ABŞ-da bu il orta gündəlik xam neft hasilatının təqribən 13 milyon 240 min barrel olacağı gözlənilir. Bu rəqəm keçən il təxminən 12 milyon 930 min barel təşkil edib. 2025-ci ildə hasilatın 13 milyon 520 min barrelə yüksələcəyi hesablanır.
Keçən ayın hesabatında bu il üçün rəqəm 13 milyon 230 min barrel, gələn il üçün isə 13 milyon 530 min barel olaraq nəzərdə tutulmuşdu.
Qlobal neft hasilatının bu il gündəlik 102 milyon 590 min barrel, gələn il isə 104 milyon 240 min barrel olacağı proqnozlaşdırılır.
Digər tərəfdən qlobal neft istehlakının bu il gündəlik 103 milyon 30 min barrel, gələn il isə 104 milyon 320 min barrel təşkil edəcəyi təxmin edilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
