Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi - CƏZA
Səbəb yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsindir. Məcburi göstərişlərə əməl etmədi, lisenziyasını itirdi.
Azərbaycan Respublikası Mərkəzi Bankı “Plato Capital and Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğvi ilə bağlı məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq "Plato Capital and Co. İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir.
"Bildiririk ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir", - məlumatda deyilir.
Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.
“Plato Capital and Co.” 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla "Red Block" şirkəti və 1% payla Leyla Hacıyevadır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
