Bakıda Lenovo Day IT forumu keçirilib - FOTO

(®) Azərbaycanda illik "Lenovo Day Baku" forumu keçirilib.
Forum çərçivəsində süni intellektin tətbiqi ilə bağlı aktual məsələlər, qlobal trendlər və İT bazarının əsas tendensiyaları, həmçinin müxtəlif sahələrdə innovasiyaların tətbiqinin yerli xüsusiyyətləri müzakirə edilib. Artıq ənənəyə çevrilmiş İT-forum yeni il ərəfəsində Mərkəzi Asiya regionunun rəy liderləri və sənaye ekspertlərini, beynəlxalq texnoloji təchizatçılar olan "Lenovo", "Intel", "Microsoft", "Veeam" nümayəndələrini, eləcə də Azərbaycanın korporativ və dövlət sektorlarından iştirakçıları bir araya gətirdi.
"Lenovo Global Technology Azerbaijan" şirkətinin direktoru Rasim Baxşı forumun qonaqlarını salamlayıb və şirkətin ötən il ərzində Azərbaycanda gördüyü işlərin nəticələrini təqdim edib.
"Lenovo"nun EMEA regionunda infrastruktur həllərinin satışı üzrə icraçı direktoru İren Asedo Riko Qonzales süni intellektdə qlobal tendensiyalar haqqında danışıb. Onun sözlərinə görə, süni intellektin hər yerdə mövcud olmasına baxmayaraq, insanlar hazırda bu texnologiyanın potensialının yalnız 1%-dən istifadə edir. Buna görə də, süni intellekt biznesin uğurlu inkişafı üçün əsas şərt olacaq və gələcəkdə onun rəqabət qabiliyyətini təmin edəcək. Bu tendensiyaya cavab olaraq, "Lenovo" mümkün qədər çox istifadəçi və təşkilatın süni intellekt həllərinə çıxışını təmin etməyə çalışır. "Biz inanırıq ki, hibrid süni intellekt "hər kəs üçün daha ağıllı süni intellektə" yol açaraq gələcəyi müəyyənləşdirir", - deyə spiker çıxışında qeyd edib.
Mövzunu davam etdirən "Lenovo İnfrastructure Solution Group (ISG)" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Andrey Kutukov süni intellektin müxtəlif sənaye sahələri üçün açdığı yeni imkanlardan danışıb. O, həmçinin qeyd edib ki, bir çox şirkətlər resurs çatışmazlığı və artan texniki borc səbəbindən süni intellektin tətbiqində çətinliklərlə üzləşirlər.
Geniş dil modellərinin və Sİ tərəfindən yaradılan məzmunun meydana çıxması Sİ-nin inkişafı və tətbiqində əhəmiyyətli bir sıçrayışı təmsil edir və eyni zamanda məlumat həcminin sürətlə artmasına təkan verir. O, qeyd edib: "Yaxın üç il ərzində süni intellekt tərəfindən yaradılan məlumatların sayı, insanların bütün tarixi boyu yaratdığı məlumatların sayından çox olacaq". Bu miqyasda məlumatların işlənməsi üçün müvafiq hesablama gücü, texnologiya və infrastruktur tələb edilir. "Buna görə də "Lenovo", müəssisələrin İT infrastrukturunu sürətlə yeniləməyə imkan yaradacaq, süni intellektə hazır və Sİ ilə işləməyə optimallaşdırılmış qabaqcıl mürəkkəb süni intellektli infrastruktur portfelinin yaradılmasına sərmayə qoyur."
"Ən ağır, yüksək səmərəlı iş yüklərini idarə etmək, eləcə də məlumatların sürətli və dəqiq analizini icra etmək üçün 70-dən çox server və məlumatların saxlanması həllərinin geniş portfeli sayəsində bu gün "Lenovo" üç aparıcı qlobal Sİ-infrastruktur təminatçılarından biridir”,- deyə o, əlavə edib.
"Lenovo"nun EMEA regionunda məlumatların saxlanması sistemlərinin satışı üzrə direktoru Marko Potsoni öz çıxışında süni intellekt dövründə məlumatların təhlükəsizliyi mövzusuna toxundu. O vurğulayıb ki, dayanıqlı gələcəyə yönəlmiş şirkətlər üçün Sİ strategiyasının mərkəzində məlumatların təhlükəsizliyi və qorunması yer almalıdır. Eyni zamanda, məlumatların məxfiliyinin təmin edilməsində kənar hesablamalar, federativ öyrənmə və homomorfik şifrləmə mühüm rol oynayacaq.
Məlumat təhlükəsizliyinin təmin edilməsi xarici provayderlərin həssas məlumatları qorumaq üçün eyni standartlara və təcrübələrə riayət etmələrini təmin etmək üçün üçüncü tərəflərlə əlaqələrin monitorinqini tələb edə bilər. Bu səbəbdən, daim dəyişən qanunverici və texnoloji mühitə asanlıqla uyğunlaşması və yüksək məxfilik standartlarının qorunması baxımından biznes üçün ekspertlərlə işləmək və etibarlı İT-infrastruktur təminatçısını seçmək əhəmiyyətlidir.
Forumun proqramında süni intellekt tətbiqlərinin düzgün işləməsini və məlumatların qorunmasını təmin edən "Lenovo" və "Veeam" şirkətlərinin birgə infrastruktur həllərinə ayrıca sessiya həsr olunub. "Veeam"ın qabaqcıl imkanlarını inteqrasiya edərək, "Lenovo" müxtəlif sistemlərdə və mühitlərdə məlumatların ehtiyat nüsxəsinin çıxarılması, bərpası və monitorinqi proseslərini optimallaşdırır. Bu tərəfdaşlıq həm kritik məlumatları etibarlı şəkildə qorumaq üçün "Lenovo"nun İT infrastrukturunun qabiliyyətini gücləndirir, həm də istənilən biznesin İT əməliyyatlarının səmərəliliyini və dayanıqlığını artırmağa kömək edir.
Bu gün təşkilatlarda hibrid süni intellektə artan ehtiyac var. Tədbirdə "Lenovo" və "Intel" şirkətləri 5-ci nəsil "Intel Xeon" prosessorları ilə təchiz edilmiş, süni intellekt proqramları üçün xüsusi olaraq hazırlanmış güclü, miqyaslanan və enerjiyə qənaət edən "ThinkSystem" infrastruktur həllərini təqdim etdilər. Azaldılmış emal tələbləri və daha aşağı giriş maneələri sayəsində bu cür həllər bütün ölçülü təşkilatlara və müəssisələrə mobil tətbiqlərdən bulud əsaslı olanlaradək geniş çeşiddə tətbiqlərdə Sİ-nin gücündən istifadə etməyə imkan verir.
Forumun praktiki hissəsində qonaqlara "Lenovo"nun iqtisadiyyatın real sektoru üçün təqdim etdiyi innovativ həlləri, texnologiyaları və xidmətləri aydın şəkildə nümayiş etdirən "PASHA Technology", "GigaCloud", "Nothreat" şirkətlərinin uğur hekayələri təqdim olunub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
19 d. sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 d. əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 15 d. əvvəl
- 29 d. əvvəl
-
56 d. əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
1 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
1 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
1 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
2 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
