ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!
ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu — “ABB-AZAL Miles” kobrend kartını bazara təqdim edib.
“The Ritz-Carlton” hotelində kartın təqdimatı keçirilib. Təqdimat tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.
“ABB-AZAL Miles” kobrend kartı ilə müştəri eyni zamanda həm ABB-nin, həm AZAL-ın təqdim etdiyi özəl üstünlüklərdən faydalanır. Kart istifadəçisi gündəlik ölkədaxili və ölkəxarici nağdsız ödənişlərini bu kartla edərək hər ödənişindən millər qazanır. Qazanılmış milləri AZAL-ın mobil tətbiqində, yaxud rəsmi azal.az saytında onlayn şəkildə asanlıqla uçuş biletinə çevirmək olur.
Kartın müddəti 5 ildir. Hər bir müştəri bu müddətdə limitsiz sayda millər toplayıb sonradan onları uçuş biletinə çevirə bilər. Müştərinin qazandığı millərlə 36 ay ərzində özünə və ailə üzvlərinə uçuş bileti əldə etmək imkanı var.
Bundan başqa, “ABB-AZAL Miles” kobrend kartları ilə seçilmiş məhsuldan asılı olaraq bir çox digər üstünlüklərdən də faydalanmaq mümkündür:
Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti, “Fast Track” keçidləri, “Lounge” zallarına pulsuz giriş, “duty-free” endirimləri;
- Səyahət zamanı pulsuz rouminq xidməti;
- Digər ölkələrə pulsuz viza müraciətinin təşkili;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlərindən yararlanmaq;
- Hotel və restoran endirimləri;
- Səyahət sığortası və s.
Kartın təqdimatı tədbirində çıxışı zamanı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz bu kartı yaradarkən, dəyərli partnyorumuz Azərbaycan Hava Yolları Şirkəti ilə gücümüzü birləşdirdik. Rahat və innovativ maliyyə həllərini, eksklüziv səyahət üstünlükləri ilə bir araya gətirdik. Müştərilərə, Azərbaycan vətəndaşlarına səyahətləri daha əlçatan etməyi hədəflədik. Onların gündəlik alış-verişlərini, gündəlik həyat ritmini unudulmaz səyahətlərə çevirməyə imkan yaratdıq”.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev təqdimat mərasimindəki nitqində qeyd edib: “Azərbaycanın milli aviadaşıyıcısı olaraq səyahətləri daha əlçatan, rahat və xoş etmək məqsədilə ölkənin ən böyük bankı ABB ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik. ABB ilə birgə təqdim etdiyimiz “ABB-AZAL Miles” kobrend kartı sərnişinlər üçün yeni imkanlar açan mühüm layihədir”.
“ABB-AZAL Miles” kartlarını ABB mobile vasitəsilə sifariş etmək olar. Ünvana çatdırılma xidməti də mövcuddur. Kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























