Gürcüstandakı mehmanxanaların xidmət göstərdiyi əcnəbilərin 5,3%-ni azərbaycanlılar təşkil edib
2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, ziyarətçilərin 65,8%-i xarici ölkə vətəndaşlarıdır. Onların 24%-ni Türkiyə, 21,1%-ni Polşa, 13,8%-ni Rusiya, 18,1%-ni Almaniya, 11,8%-ni İran, 5,3%-ni isə Azərbaycan vətəndaşları təşkil edir.
Ötən il xarici vətəndaşların 74,6%-i Gürcüstana istirahət, 16%-i biznes, 1,6%-i müalicə və 7,8%-i digər məqsədlərlə səfər edib.
2016-cı ildə Gürcüstanın rekreasiya obyektlərində istirahət etmiş xarici ölkə vətəndaşlarının 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib.
Qeyd edək ki, Gürcüstanda 1496 mehmanxana və mehmanxana tipli müəssisə var. Onların 99,5%-i qeyri-dövlət, 0,5%-i isə dövlət müəssisələridir.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
2 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
2 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı





















