“ABAD” 2024-cü ili 2,8 - 2,9 milyon manatlıq satış həcmi ilə başa vuracaq"
“ABAD” təşəbbüsünə vətəndaşların minimum risklə mikro və kiçik bizneslə məşğul olmasına imkan verən şəraitin yaradılması, habelə dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə start verilib. “ABAD” “ASAN xidmət” kimi tanınan hökumət strukturunun tabeliyində yaradılıb.
“Ötən dövr ərzində “ABAD”ın fəaliyyətini uğurlu və faydalı kimi qiymətləndirirəm”.
Bunu “ABAD”ın sədri Rüfət Elçiyev bildirib.
O deyib ki, təşkilat ümumilikdə mərkəzin 640 üzvünə xidmət göstərib və hazırda mərkəzə qoşulanlarla 517 aktiv müqavilə var. Onlardan 309 iştirakçı və ya 60 faizi “ABAD”ın dəstəyi sayəsində rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
“Layihədə hər il minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur və bu rəqəm ildən-ilə artaraq idxaldan asılılığı azaldır. Suvenir məhsulları da mühüm rol oynayır. Satışın həcmi illik 1 milyon manatdır və alıcıların böyük hissəsi xarici turistlərdir ki, bu da faktiki olaraq ixraca bərabərdir. Bu gün iştirakçılarımızın 76 faizini sənətkarlar təşkil edir ki, bu da Azərbaycanın sənətkarlıqla bağlı qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir”, - deyə sədr bəhs edib.
Rüfət Elçiyevin sözlərinə görə, layihə iştirakçıları arasında Bakı lider mövqe tutur və ümumi həcmin 54 faizini təşkil edir.
“Regionlar da müxtəlif və rəqabətqabiliyyətli biznes layihələri yaratmağa imkan verən unikal xüsusiyyətlərə və resurslara malikdir. Hazırda üzvlərimizin 46 faizi ölkənin bütün iqtisadi rayonlarını təmsil edir”, - deyə həmsöhbətimiz əlavə edib.
Rüfət Elçiyev 2024-cü ili təşkilat üçün uğurlu hesab edir. 2024-cü ilin 11 ayı üzrə göstəricilər onu deməyə imkan verir ki, il 2,8-2,9 milyon manatlıq satış həcmi ilə başa vurulacaq.
“Bizim bütün səylərimiz müstəsna olaraq iştirakçıların sayını və onların məhsullarının satış həcmini artırmağa yönəlib. Bu kontekstdə 2025-ci ildə 3 milyon manatlıq satış həcmini keçərək bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə sədr yekunlaşdırıb.
© Azərtac
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
18 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
3 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
3 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
