“İcra başçısının maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi”
Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib.
İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib.
Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib.
Y.Axundovun bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: “İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi.
İ.M.-in maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb”.
L.Axundovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun iddiasına əsasən, İ.M. digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib: “Maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi”.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən Y.Axundova 6 il həbs cəzası verilib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 15 d. əvvəl
 - 
                     44 d. əvvəl
                    
"İdeal Kredit" BOKT-un təsisçilərindən biri payını satıb - Hüseynov alıb
 - 
                     45 d. əvvəl
                    
Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur
 - 
                     58 d. əvvəl
                    
Sahibkarlara 10 milyon manatadək güzəştli kredit imkanı təqdim edilir
 - 
                     1 saat əvvəl
                    
Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIB
 - 1 saat əvvəl
 - 1 saat əvvəl
 - 1 saat əvvəl
 - 
                     1 saat əvvəl
                    
Neft və qaz qiymətlərində azalma gözləyirik - Nazir Sahil Babayev
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                    SOCAR-dan "Ai-92" və "Ai-95" benzinlərilə bağlı açıqlama
                                Naxçıvana dotasiyaların azalmasının səbəbi açıqlanıb
                                Nazir gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb - Özəl sektor əməkhaqqıları mərhəlili vergiyə cəlb ediləcək
Ən çox oxunanlar
                                “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
                                Neft və qaz qiymətlərində azalma gözləyirik - Nazir Sahil Babayev
                                AzTV-də 26 milyon manatlıq nöqsan
                                Gələn il ƏDV daxilolmaları ilk dəfə 9 milyard manatı ötəcək
                                2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb
                                Dövlət BOKT-nın büdcəyə dividend ödəməsi nəzərdə tutulmur
                                

                        
                    














.jpg)



