Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinə müdir təyin olunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinə yeni təyinat olub.
ASK-nın yaydığı məlumatda bildirilir ki, Konfederasiya prezidentinin əmri ilə Seymur Bayramov sözügedən şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, Seymur Bayramov Qafqaz Universitetinin, Xəzər Universitetinin, Avropa Diplomatiya Akademiyasının məzunudur. Həmçinin Birləşmiş Millətlər Təşkilatı Təlim və Tədqiqatlar İnstitutunun Gənc Liderlər Proqramını bitirib, BMT-nin Cenevrə ofisində təşkilatın çoxşahəli iş mühiti ilə tanışlıq çərçivəsində təlim, seminarında iştirak edib. Liderlik və idarəetmə bacarıqlarının inkişafı ilə əlaqədar Harvard Kennedy Məktəbi, Kembric Universitetinin Dayanıqlı Liderlik İnstitutu, London Biznes İdarəetmə Məktəbi və Oslo-Met (Norveç) Universitetinin təlim, seminar və inkişaf proqramlarını uğurla başa vurub. “Aztexnika”, "Zərdabi LTD" MMC və Qarabağ Dirçəliş Fondunda çalışıb. Biznes sektoru, üzvlərlə iş və kommunikasiyanın qurulması sahəsində peşəkar təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 20 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
