“Bank of Baku” son maliyyə vəziyyətini açıqladı
“Bank of Baku” ASC 2024-cü ili 25 milyon 931 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 25 milyon 459 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Bank of Baku”nun xalis mənfəəti 472 min manat artıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadə xəbər verir ki, 2024-cü ildə “Bank of Baku” cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 29 milyon 674 min manat və ya 20,9% artaraq 171 milyon 395 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 538 min manat və ya 22,3% artaraq 140 milyon 203 min manat təşkil edib.
Gəlirlərdəki artım xərclərdəki artımdan 4 milyon 136 min manat daha çox olduğu üçün, Bankın əməliyyat mənfəəti də bir o qədər artaraq 31 milyon 192 min manat olub.
BANK DAHA DA BÖYÜYÜB
2024-cü ildə “Bank of Baku”nun cəmi aktivləri 63 milyon 383 min manat və ya 7,3% artaraq 934 milyon 273 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilən kreditlər) 101 milyon 381 min manat və ya 15,4% artaraq 760 milyon 424 min manata çatıb.
2024-cü ildə “Bank of Baku”nun depozit portfeli 76 milyon 747 min manat və ya 14,9% artaraq 592 milyon 515 min manata çatıb.
MƏCMU KAPİTALI DA ARTIB
31 dekabr 2024-cü il tarixində “Bank of Baku” ASC151 milyon 103 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 140 milyon 501 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
-
47 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















