"Turanbank"ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb
2023-cü ildə "Turanbank"ın əməliyyat mənfəəti 7 milyon 621 min manat ikən, 2024-cü ildə 24 milyon 403 min manat təşkil edib."Turanbank" ASC 2024-cü ili 2 milyon 496 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2023-cü ili, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayırdığı üçün 9 milyon 888 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 110 milyon 746 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 86 milyon 343 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 403 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 21 milyon 907 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 91 milyon 970 min manat, cəmi əməliyyat xərcləri 84 milyon 349 min manat, əməliyyat mənfəəti 7 milyon 621 min manat təşkil etmişdi. Bank 17 milyon 510 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
Ötən il "Turanbank"ın faiz gəlirləri 8 milyon 985 min manat və ya 11,2%, qeyri-faiz gəlirləri 9 milyon 735 min manat və ya 84,2% artıb. Ötən il Bankın əməliyyat mənfəəti 3,2 dəfə artıb. Bankın gəlirlərinin artması ilə bərabər, xərclərin daha az artması bu böyük artıma səbəb olub.
2024-cü ildə "Turanbank"ın cəmi aktivləri 27 milyon 54 min manat və ya 3,3% artaraq 849 milyon 827 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22 milyon 475 min manat və ya 3,6% artaraq 651 milyon 831 min manata çatıb.
Ötən il Bankda depozitlər 2 milyon 596 min manat və ya 0,6% artaraq 461 milyon 476 min manata yüksəlib.
31 dekabr 2024-cü il tarixində "Turanbank" 120 milyon 562 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
41 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























