Azərbaycanda yaşıl çay yarpağı istehsalı azalıb
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmışdır.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 276,6 min ton və ya 2023-cü ilə nisbətən 0,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 838,9 min ton (0,7 faiz çox) tərəvəz, 1 milyon 317,9 min ton (4,5 faiz çox) meyvə və giləmeyvə, 927,4 min ton (8,2 faiz az) kartof, 490,6 min ton (11,9 faiz çox) bostan məhsulları, 307,0 min ton (11,1 faiz çox) pambıq, 289,1 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 205,1 min ton (8,6 faiz az) üzüm, 31,2 min ton (6,6 faiz çox) günəbaxan, 6,5 min ton (2,2 faiz çox) tütün, 1,1 min ton (4,8 faiz az) yaşıl çay yarpağı yığılmışdır.
2024-cü ildə diri çəkidə 659,0 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunmuşdur. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artmış, yun istehsalı 2,2 faiz, barama istehsalı 32,9 faiz azalmışdır.
2023-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,7 faiz, bitkiçilik məhsulları istehsalı 1,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
3 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
4 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
5 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
5 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

























