Bu gün Trampın andiçmə mərasimi keçiriləcək: Saat neçədə başlayacaq?
Donald Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbə qazandıqdan sonra bu gün ABŞ prezidenti kimi ikinci müddətinə başlayacaq. Bütün dünyanın səbirsizliklə gözlədiyi andiçmə mərasimi bu il soyuq hava şəraiti səbəbindən Konqres binasının daxilində keçiriləcək. Andiçmə mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.2024-cü ilin noyabrında ABŞ-da keçirilən seçkilərdə qalib gələn Donald Tramp bazar ertəsi ABŞ prezidenti kimi ikinci müddətinə başlayacaq. Bütün dünyanın səbirsizliklə gözlədiyi andiçmə mərasimi soyuq hava şəraiti ilə əlaqədar ABŞ Konqresinin binasında keçiriləcək.
Andiçmə mərasimi saat neçədədir?
Marja xəbər verir ki, ABŞ Ali Məhkəməsinin sədri Con Robertsin idarə edəcəyi andiçmə mərasimi Vaşinqton vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00) baş tutacaq. Mərasimdən sonra açılış nitqini söyləməsi gözlənilən Tramp, bu yaxınlarda qeyd etdiyi kimi, ruhlandırıcı və birləşdirici dildən istifadə edəcək.
Trumpın sonra sərəncamlar imzalayacağı gözlənilir.
Kimlər dəvət olunub?
Tramp ənənəni pozaraq mərasimə bir neçə xarici ölkə liderini dəvət edib. Əvvəllər təhlükəsizlik səbəbi ilə andiçmə mərasiminə qatılmayan bu liderlər yerinə diplomatlar göndərirlər. Trampın güclü tərəfdarlarından olan Argentina prezidenti Xavyer Milei mərasimdə iştirak edəcəyini açıqlayıb. Bundan əlavə, Macarıstanın baş naziri Viktor Orban mərasimdə iştirak etməyəcəyini açıqlayıb. Çin prezidenti Xi Jinping dəvət olunmasına baxmayaraq iştirak etməyəcək, lakin yüksək səviyyəli elçi göndərəcək.
Parad Capital One Arenada keçiriləcək
Soyuq hava səbəbindən Pensilvaniya prospektində planlaşdırılan tədbir ləğv edilib. Bu səbəbdən tədbir Vaşinqtonun mərkəzindəki Capital One Arena-da keçiriləcək.
İlk günündə nə edəcək?
Trampın vəzifəyə başlayan kimi 100-dən çox sərəncam imzalayacağı gözlənilir. Bunlara məmurlara cinayət qeydləri olmayan immiqrantları saxlamaq üçün daha çox səlahiyyət vermək, ABŞ-Meksika sərhədinə qoşun göndərmək və sərhəd divarının tikintisinə yenidən başlamaq daxildir. Həmçinin enerji istehsalının artırılması və 6 yanvar 2021-ci ildə Konqresə hücumda iştirak edənlərin əfv edilməsi kimi qərarların qəbul edilməsi planlaşdırılır.
Mərasimin xərclərini kim ödəyir?
Trampın andiçmə mərasimləri onun müttəfiqləri tərəfindən maliyyələşdirilir. Bu təşkilata Trampın keçmiş Yaxın Şərq səfiri Stiv Vitkoff və ABŞ-ın keçmiş senatoru Kelli Löffler rəhbərlik edir. Vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən andiçmə mərasimindən başqa bütün xərclər ianələr hesabına qarşılanacaq.
Bezos, Zuckerberg və Tim Cook kimi adlar təşkilata böyük ianə veriblər. Tramp 2017-ci ildə inauqurasiya üçün 106,7 milyon dollar topladığı halda, bu dəfə 170 milyon dollardan çox pul toplanıb.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur



















.jpg)


