Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb
Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb.
“Keyfiyyət təminatımızdır” missiyasını həyata keçirən Hacıqabul Quşçuluq Şirkəti bu öhdəliyi Beynəlxalq İSO sertifikatları ilə təsdiq edib.
“Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin “Keyfiyyətə Nəzarət” şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova keçirilən tədbirdə bildirib ki, Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan “KİWA” tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb.
Məlumat verilib ki, ölkənin aparıcı şirkətinin əhalinin qida təhlükəsizliyinə verdiyi tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və "bençmarkinq" strateqiyasını hədəf götürmüşdür.
“KİWA” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. “KİWA” şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.
Qeyd edək ki, Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan lalabratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.
Sertifikatların təqdimatında Almaniyanın "Lohmann Breeder" şirkətinin MDB üzrə kordinatoru, quşçuluq üzrə tanınmış ekspert Norbert Mişke iştirak etmişdir.
Sertifikatlar şirkətin rəhbərliyinə təqdim edilmişdir.
Məlumat üçün bildirək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Şirkət istehsal ərazisində enerji səmərəliliyini artırmaq üçün günəş elektrik enerjisinə keçid edib. Fabrik ərazisində “günəş panelləri” texnologiyasından istifadə edilir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
18 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
24 d. əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
2 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
2 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 3 saat əvvəl
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
