"Trampın gömrük rüsumları dolları ucuzlaşdıra bilər"
"Bank of America"nın proqnozuna görə, ABŞ Prezidenti Donald Trampın tarif (gömrük rüsumu) siyasəti ABŞ dollarına ilkin olaraq yuxarıya doğru təsir edəcək, lakin sonda dollara aşağı istiqamətli təzyiq göstərəcək.
"Dollar hər şeyə rəğmən tarifləri bəyənməyə bilər. ABŞ-ın dünyanın qalan hissəsinə qarşı gömrük rüsumları tətbiq etməsi və ölkələrin tam cavab verməsi ssenarisi ilə dollar zəifləyə bilər", - Marja xəbər verir ki, bunu "Bank of America"nın G-10 valyuta strategiyasının rəhbəri Athanasios Vamvakidis bildirib.
ABŞ-a qarşı qisas riski
İndiyə qədər Tramp-ın tarif hərəkətləri (əlavə gömrük rüsumları) dolları bahalaşdırıb, çünki onlar qlobal ticarət axınını pozmaq və ABŞ-da inflyasiya risklərini yüksəltmək riski daşıyır. Yüksək inflyasiya ABŞ dollarına "təhlükəsiz sığınacaq" tələbini artırır və bunun sayəsində ABŞ valyutası bahalaşıb. Vamvakidis-in fikrincə, Tramp bütün ABŞ idxalına 10% və ya 20% rüsum tətbiq etsə, ölkələr qisas alacaq və bu da ABŞ-ı “daha həssas” vəziyyətə gətirəcək: "Hər kəsin vəziyyəti daha pis olacaq, amma ABŞ-ın vəziyyəti daha da pis olacaq. Ticarət müdafiəsi ABŞ-da ən çox artacağından, dünyanın qalan hissəsi əvvəlki kimi bir-biri ilə ticarət etməyə davam edəcək və hətta ABŞ-ın tariflərinə cavab olaraq bir-biri ilə ticarətin qorunmasını azalda bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























