Azərbaycanda İlin İş Adamı seçildi - QALİBLƏRİN ADLARI
Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı” Müsabiqəsi başa çatıb.
20 fevralda JW Marriott Absheron otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi "Princeps Legem" şirkətinin rəhbəri Gülbəniz Məmmədova olub.
O, Azərbaycanı dünya üzrə “EY İlin İş Adamı” Müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 iştirakçı arasından seçilib.
Bundan başqa, "Spektr Group" şirkətinin rəhbəri Kamran Salayev “Sənaye lideri”, "Upsystems" şirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiya”, "Regional Hospital"ın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, "SDA Consulting" şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadın sahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub.
ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli müsabiqənin qala gecəsindəki çıxışında Bankın artıq altıncı ildir ki, bu müsabiqəyə dəstək verdiyini xatırladıb: “Biznes mühiti hər keçən gün dəyişir, texnologiyalar sahibkarlığın yeni inkişaf mərhələsinə keçidini sürətləndirir. ABB olaraq, sahibkarlarımızın bu yeni dövrdə daha güclü və rəqabətədavamlı olması üçün hər zaman onların yanındayıq. ABB-nin yeni ABB Biz tətbiqi, rəqəmsal maliyyə həlləri və süni intellekt əsaslı xidmətlər sahibkarların daha sürətli qərarlar verməsinə, maliyyə axınlarını daha effektiv idarə etməsinə imkan yaradır”.
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti də müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, “TimesConsulting” də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
-
2 saat əvvəl
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
-
2 saat əvvəl
İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklarda Agile niyə işləmir?
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
Rəsmi məzənnələr açıqlandı
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Ən çox oxunanlar
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

























