“Azerbaijan Business Award -2024” mükafatının təqdimat mərasimi keçirildi - LAUREATLARIN SİYAHISI
1 mart 2025-ci il tarixində “Buta Palace”da 2024-cü ilin yekunlarına əsasən “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edirdi.
Mükafat laureatları tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, qida sənayesi, quşçuluq, bank sektoru və digər sahələri təmsil edir.
“Azerbaijan Business Award” mükafatının partnyorları Hyundai Azərbaycan və Faberlic, tədbirin dostları isə Şelkovo Aqroxim, Gerofarm, AzGeo, Aymar Co, Merit Brand, Miri 1996, Bizon, Almond Cake & Bakery, Paloma Leather, RV Best и King’ Style Tie & Parfumşirkətləri idi.
“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Bundan başqa “Azerbaijan Business Award” mükafatının partnyoru, Hyundai Azərbaycan Hyundai Grandeur avtomobilini təqdim edib.
Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.
Tədbirin informasiya tərəfdaşları arasında Marja.az, Arb24 və Rockvell, İnsider.az var.
“Azerbaijan Business Award” 2024 mükafatının laureatları
Elnarə Qasımova – İlın biznesmeni. Lift avadanlıqlarının satışı və servisi
Tofiq Kərimli – Layihələndirmə və mühəndislik sahəsində ilin biznesmeni
İltimas Nəbiev – Layihə idarəçiliyi üzrə mütəxəssis
Müşfiq Hüseynov – Elektrik işləri və tikinti-təmir işləri üzrə ilin biznesmeni
Rusiya İxracat Mərkəzi – Azərbaycanda xarici milli brendin inkişafına görə
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) – Azərbaycanda ixrac və investisiyaların təşviqi sahəsində əldə edilmiş yüksək nəticələrə görə
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) – Azərbaycanda kiçik və orta biznesin inkişafına verdiyi töhfəyə görə
Premium Bank (Miles Card) – İlin bank məhsulu
R-Pharm – Milli sənaye əczaçılığının yaradılmasına verdiyi töhfəyə görə
BRPG – Sənaye tikintisi, modul evlərin istehsalı və tikintisində əldə etdiyi nailiyyətlərə görə
Matanat-A (AĞDAĞ gipskarton plitələri) – İlin tikinti materialı
FAB Boya və Kimya Sənayesi – İlin şirkəti. Yüksək keyfiyyətli boyaların istehsalı
Şirvan Quşçuluq Şirkəti – Yüksək keyfiyyət standartları. Quşçuluq.
CAMAL LTD – İlin şirkəti. Dondurma istehsalı
Slavyanka – İlin brendi
Şəki Şərab Şirkəti – İlin şərabçılıq şirkəti
Kargomat – Poçt xidmətləri və logistika sahəsində ilin şirkəti
Kärcher Azərbaycan – Məişət və peşəkar texnika sahəsində ilin brendi
TVNET – Telekommunikasiya sahəsində müasir həllərin tətbiqinə görə
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
9 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
9 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
9 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
9 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
9 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
9 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
10 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək














.jpg)








.jpg)


