"NEO Motors"dan RƏSMİ BƏYANAT
Yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik
Bundan öncə "NEO Motors" tərəfindən təqdim olunmuş materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur.
Bu gün "NEO Motors" yeni rəsmi açıqlama yayıb.
Marja.az açıqlamanı təqdim edir:
"Bundan öncə yayımladığımız materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur. Lakin "Li Auto" nümayəndələrinin "NEO Motors" ofisinə səfərindən sonra məlum oldu ki, bizə təqdim edilən məlumat şirkət tərəfindən qeyri-dəqiq şəkildə çatdırılıb.
Aydın olub ki, yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Nəticədə biz mövcud olan məlumatlara əsaslanaraq hərəkət etmişik. "NEO Motors" olaraq obyektivlik və dəqiqliyi informasiya siyasətimizin əsas prinsipləri kimi qəbul edirik və yeni şəraitə uyğun olaraq açıqlamalarımızı vaxtında dəqiqləşdirməyə hazırıq.
Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik. Onlara bazarın inkişafında uğurlar arzulayırıq və əminik ki, onların fəaliyyəti ölkəmizdə elektromobillərin geniş yayılmasına mühüm töhfə verəcək.
"NEO Motors" daim ədalətli və şəffaf rəqabətin tərəfdarıdır və avtomobil sənayesində innovativ texnologiyaların inkişafını dəstəkləyir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, Azərbaycanın elektromobil bazarının daha da güclənməsinə və inkişafına töhfə verməyə çalışacağıq".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
10 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
11 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 11 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
