AÇG-də yeni layihə üzrə hasilat quyusunun qazılması işləri bitmək üzrədir
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) sərbəst qazın işlənməsi layihəsi çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyuda tamamlanma işlərinin bu ilin ortalarında bitməsi gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında"BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
"Qazma işləri bitmə üzrədir, gözləyirik ki, haradasa bu ilin ortalarında biz quyuda tamamlama işləri aparaq", - Tamam Bayatlı qeyd edib.
O əlavə edib ki, bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Quyu mövcud "Qərbi Çıraq" platformasında qazılır.
"Biz AÇG-də dərin paylardan olan ilk qazı bu ilin sonuna gözləyirik", - Tamam Bayatlı vurğulayıb.
Qeyd edək ki, quyu qazılıb tamamlandıqdan sonra burada qazın hasilatına dərhal başlanacaq. Quyu "Qərbi Azəri" platformasından gedən mövcud qaz sisteminə qoşulmalıdır ki, quyudan "mavi yanacaq" Səngəçal terminalına nəqli mümkün olsun.Bunun üçün də platformada böyük həcmdə avadanlıq quraşdırılmalıdır və hazırda bu istiqamətdə işlər aparılır. Qeyd olunan quraşdırma işləri platformanın dayandırılmasını tələb eləmir.
Xatırladaq ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















