“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 12 mart 2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış etmişdir.
Tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu təmsilçiləri, kommersiya bankları və fintech şirkətlərinin nümayəndələrindən ibarət 150-dən çox şəxsin iştirakı ilə həyata keçirilib.
Forumda istiqraz və səhm bazarlarının inkişaf perspektivləri, regional və qlobal fond bazarlarına çıxış imkanları, innovativ maliyyə alətlərinin iqtisadiyyatda tətbiqi, dayanıqlı inkişafı təmin edən “yaşıl maliyyə” və milli Ekoloji, Sosial və İdarəetmə (ESİ) standartları kimi aktual mövzular müzakirə edilib. Tədbirdə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri, “startup” seqmenti üzrə trendlər və çağırışlara dair geniş fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində keçirilən müzakirə panelində “PAŞA Bank”ın kreditləşmə, innovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak etmişdir. O, bank sektorunda innovativ yanaşmalar, məlumat idarəetməsinin rolu, yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşərək, Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsinə və KOS müştəriləri üçün maliyyə əlçatanlığını artırmaq istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Milli Maliyyə Əlçatanlığı Forumu “Azərbaycan Milli Biznes Assosiasiyası” və “Caspian Energy Club” tərəfindən təşkil olunmuşdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















