Tədris bazalı tibb müəssisələri ƏDV-dən üçillik azad olunub
Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Bu, Nazirlər Kabinetinin Hesabatında öz əksini tapıb.
“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən 2020-ci il 30 aprel tarixində və Tədris Terapevtik Klinikası tərəfindən 2021-ci il 6 dekabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə müqavilələr bağlanılıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında maliyyə göstəricilərinin yaxşılaşdırılması, göstərilən xidmətlərdən daxil olan vəsaitlərin artırılması məqsədilə Səhiyyə Nazirliyinin İqtisadiyyat və Maliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında 2023-cü ildə Vergi Məcəlləsində aparılmış dəyişikliyə əsasən tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.
Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarının icbari tibbi sığorta fondunun vəsaitlərinə çıxış imkanının yaradılması istiqamətində hazırda aidiyyəti üzrə tədbirlər görülür”, - hesabatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
20 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















