Azərbaycan şirkətinin 2 mehmanxanası adında "Hilton" olan brendlər altında fəaliyyət göstərəcək

Azərbaycanın aparıcı qonaqpərvərlik aktivlərinin idarəetmə şirkəti olan "TABIA Group" və dünya üzrə tanınmış hotellər brendi "Hilton" əməkdaşlıq memorandumunu imzalayıb.
Memorandum "TABIA Group"un baş icraçı direktoru və İdarə heyətinin sədri Uygar Koçaş və "Hilton"un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə vitse-prezidenti Mike Collini tərəfindən "TABIA Group" tərəfindən idarə olunan və yeni açılmış "Hilton Garden Inn Baku" hotelində imzalanıb.
Razılaşmaya əsasən, "TABIA Group"un idarəçiliyində olan iki şəhər mehmanxanası tezliklə "Curio Collection by Hilton" və "DoubleTree by Hilton" brendləri altında bazara təqdim olunacaq.
"TABIA Group"un baş icraçı direktoru və İdarə heyətinin sədri Uygar Koçaş bu tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
"Hilton" ilə əməkdaşlığımız, Azərbaycanın qonaqpərvərlik sənayesində keyfiyyət və müxtəlifliyi artırmaq istiqamətində uzunmüddətli strategiyamızın əsas mərhələlərindən biridir. "Curio Collection" və "DoubleTree" kimi qlobal brendlərin portfelimizə əlavə olunması ilə biz bazara unikal xidmətlər, fərqli qonaq təcrübələri və həm yerli, həm də beynəlxalq səyahətçilər üçün yeni imkanlar təqdim edirik".
"Hilton"un Mərkəzi, Şərqi Avropa və Almaniya üzrə İnkişaf üzrə vitse-prezidenti Mike Collini isə deyib:
"Hilton" dinamik bazarlarda, o cümlədən Azərbaycanda inkişafını genişləndirməyə uzunmüddətli sadiqliyini davam etdirir. Qonaqpərvərlik sahəsində uğurlu təcrübəyə malik "TABIA Group" ilə tərəfdaşlıq bizə "Curio Collection" və "DoubleTree" kimi tanınmış qlobal brendlərimizi bu inkişaf edən bazara gətirmək imkanı yaradır. Biz qonaqlarımızı bu yeni mehmanxanalarda qarşılamaq üçün səbirsizliklə gözləyirik".
2016-cı ildə "PMD Hospitality" adı ilə təsis edilən və sonradan yenidən brendləşdirilən "TABIA Group", Azərbaycanın qonaqpərvərlik aktivlərinin idarə edilməsi şirkətidir. Şirkət şəhər mehmanxanaları, kurortlar və sağlamlıq hotellərini əhatə edən geniş portfeli ilə qonaq təcrübəsini, rifahı və dayanıqlı inkişafı ön planda tutan innovativ həllər təqdim edir. "TABIA Group" strateji tərəfdaşlıqlar sayəsində Azərbaycanın qonaqpərvərlik sənayesində yeni standartlar müəyyən etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
