AZAL-ın daşıdığı sərnişin sayı daha da artıb - Bir gündə ən yüksək sayı qeydə alınıb

Azərbaycan Hava Yolları (AZAL) 2025-ci ilin ilk 3 ayını yüksək nəticələrlə tamamladığını açıqlayıb.
2025-ci ilin yanvar-mart dövründə 865 000 sərnişin daşınıb ki, bu da keçən ilin 1-ci rübünə nisbətən 7% ş oxdur.
Marja.az xəbər verir ki, bu, Şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, AZAL ilk rübdə 48 istiqamət üzrə 3718 reys həyata keçirib və 89% punktuallıq göstəricisinə nail olub.
Bir gündə ən yüksək sərnişin sayı 12 yanvarda qeydə alınıb: 12 350 nəfər.
XXX
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib. Aviaşirkət sərnişin axınının yüksək olduğu ilk üç ay ərzində fasiləsiz və rahat sərnişin daşınması fəaliyyətini yüksək səviyyədə təmin edib.
Bu ilin ilk üç ayında 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirilib. 2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub. Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatmışdır.
Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.
Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.
AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 48 san. əvvəl
- 11 d. əvvəl
-
-
30 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
56 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
Ən çox oxunanlar

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
