Azərbaycan aparıcı vençur fondu ilə danışqlar aparıb
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənirİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbərliyi İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov İsraildə bir sıra məhsuldar görüşlər keçirib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumata görə, ilk görüş avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə baş tutub. Qeyd edək ki, hazırda “Mobileye” 50-dən çox avtomobil istehsalçısı ilə əməkdaşlıq edir və texnologiyaları dünya üzrə 800 milyondan artıq nəqliyyat vasitəsində tətbiq olunur.
Görüş zamanı “Mobileye”nin strateji inkişaf modeli, elmi-tədqiqat fəaliyyəti və dövlət-özəl sektor əməkdaşlığı təcrübəsi təqdim olunub. Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, bu cür tərəfdaşlıqlar yüksək texnologiyaların ölkəyə transferi, innovasiya ekosisteminin inkişafı və rəqəmsal islahatların sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan“OurCrowd” platformasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə Azərbaycan startap ekosistemindəki potensial, dövlətin innovasiya və sahibkarlığa dəstək mexanizmləri, vençur maliyyələşdirmə infrastrukturu və fəaliyyət göstərən investisiya fondları barədə ətraflı məlumat təqdim olunub. Tərəflər birgə investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Azərbaycan nümayəndələri İsrailin inkişaf etmiş innovasiya mühiti ilə tanışlığın və bu sahədə əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
“OurCrowd” dünyanın müxtəlif texnologiya sahələrində fəaliyyət göstərən startaplara investisiya yatıran beynəlxalq platformadır və indiyədək yüzlərlə layihəni maliyyələşdirib.
Səfər çərçivəsində həmçinin dünya üzrə kibertəhlükəsizlik sahəsində lider şirkətlərdən biri olan “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüş baş tutub. Görüş zamanı Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanları geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində yer alıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















