"M Bulak BOKT" böyüyüb, gəlirləri və xalis mənfəəti artıb
"M Bulak Bank Olmayan Kredit Təşkilatı" MMC 2024-cü ili 5 milyon 671 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 4 milyon 163 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "M Bulak BOKT"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 508 min manat və ya 36,2% artıb.
Marja.az kredit şirkətinin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "M Bulak BOKT"ın faiz gəlirləri 2023-cü ildə 8 milyon 268 min manat ikən, 2024-cü ildə 10 milyon 885 min manat təşkil edib (2 milyon 617 min manat və ya 31,6% artıb).
2024-cü ildə BOKT-ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9 milyon 311 min manat və ya 38,2% artaraq 31 dekabr 2024-cü il tarixində 33 milyon 676 min manata çatıb. "M Bulak BOKT" 2023-cü ilin sonunda 24 milyon 365 min manat kredit portfelinə malik idi.
Qeyd edək ki, “İnvest Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən qeydə alınmış “İcma Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin adının dəyişdirilməsi nəticəsində 29 iyun 2005-ci il tarixində 0105-P135-43382 dövlət qeydiyyat nömrəsi ilə yaradılmışdır. Bundan sonra 8 avqust 2020-ci il tarixində səhmdar dəyişikliyi ilə birlikdə şirkətin adı “M Bulak Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq dəyişdirildi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Şöbəsi tərəfindən yenidən qeydiyyata alındı.
Şirkətin əsas fəaliyyəti Azərbaycan ərazisində fiziki şəxslərə mikrokreditlərin verilməsindən ibarətdir. 31 dekabr 2024-ci il tarixinə Şirkətin 25 (2023: 25) filialı olmuşdur. 31 dekabr 2024-ci il tarixinə Şirkətin işçilərinin ümumi sayı 232 nəfər (31 dekabr 2023: 203 nəfər) təşkil etmişdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
20 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























