İtaliya səfirliyi viza probleminə aydınlıq gətirdi
"Bu il İtaliyada təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı 2016-cı illə müqayisədə iki dəfə artıb".
Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, İtaliya Azərbaycan vətəndaşı olan tələbələrin ən çox təhsil aldığı Avropa Birliyi ölkəsidir: "2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. İtaliyanın Azərbaycandakı səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaq gənclərin İtaliyada təhsil almaq seçimindən məmnuniyyət duyduğunu bildirir. Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya hökümətinin həyata keçirdiyi siyasətə əsasən, bu istiqamətdə yoluna davam etmək niyyətindədir. Əsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədi ilə hazırlıqlı Azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir".
Səfirlikdən verilən məlumata görə, İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu avtomatik olaraq viza əldə etmək hüququ vermir.
"Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq", - deyə səfirlikdən bildiriblər.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)





