Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib
“PAŞA Bank” lizinq və faktorinq sahəsində əməkdaşlıq, inkişaf imkanlarını müzakirə edibÖlkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 29 aprel 2025-ci il tarixində Bakıda “Lizinq və faktorinq: İnkişafın ikitərəfli həlli” adlı konfrans keçirib.
Konfrans çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin faktorinq və lizinq məhsulları ilə bağlı qarşılaşdıqları çətinliklər, mövcud çağırışların tərəfdaşlara çatdırılması və Bankın “CustomerFirst” yanaşması ilə bağlı vacib məqamlar müzakirə olunub. Eyni zamanda, maliyyələşmənin sürəti və şəffaflığı, sənəd dövriyyəsinin sadəliyi, onlayn platformaların mövcudluğu və həmin platformaların texniki dəstək keyfiyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında müqavilə şərtləri, faizlər və limitlərə dair şəffaf yanaşmaların tətbiqi və məsuliyyət və risk bölgüsünün ədalətli şəkildə aparılması da diqqət mərkəzində olub.
“PAŞA Bank”ın KOS və KİB rəqəmsal məhsul üzrə aparıcı direktoru Heydər Süleymanov çıxış edərək, Bankın təqdim etdiyi faktorinq xidmətinin biznesin maliyyə əlçatanlığını artırmaq və çevikliyini gücləndirmək baxımından əhəmiyyətini vurğulayıb.
“Faktorinq məhsulumuz, sahibkarlara, girovsuz və maliyyə analizi olmadan dərhal maliyyə axınlarını tənzimləmək imkanı verir. Bu məhsulun əsas üstünlüyü odur ki, sahibkarlar mal və ya xidmət təqdim etdikdən sonra PAŞA Banka təqdim etdikləri qaimələr əsasında gözlənilən ödənişi daha qısa müddətdə əldə edirlər. Bu xüsusiyyət, sahibkarlara likvidlik təmin edir və işlərini daha səmərəli idarə etməyə imkan yaradır,” – deyə, Süleymanov bildirib.
Bank rəsmisi qeyd edib ki, “PAŞA Bank” sahibkarların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün müasir texnologiyalardan geniş istifadə edir.
“Məsələn, rəqəmsal platformalarımız üzərindən faktorinq əməliyyatlarını daha sürətli, daha şəffaf və daha rahat həyata keçirə bilirik. Bu, müştərilərimizin vaxtına qənaət etməyə və bazardakı dəyişikliklərə daha sürətli uyğunlaşmalarına imkan verir,”-deyə, H.Süleymanov bildirib.
Qeyd edək ki, tədbirdə Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, “PAŞA Bank”ın rəhbər heyəti, özəl sektorun nümayəndələri, sahibkarlar da daxil olmaqla 100-ə yaxın qonaq iştirak edib.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
5 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
6 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq






















