“Synergia Academy” və “TABIA Group” birgə tədbir keçirib
“Synergia Academy” və “TABIA Group” şirkətlərinin birgə əməkdaşlığı ilə “Təlimdən – Karyeraya - 2” layihəsinin “Məlumatlandırma Günü” tədbiri keçirilib. Təlim proqramı 3-6 ay müddətində davam edəcək və müasir qonaqpərvərlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Proqramı uğurla başa vuran iştirakçılar “TABIA Group”-a daxil olan hotellərdə işlə təmin olunacaqlar.
“Synergia Academy” və “TABIA Group” şirkətlərinin birgə əməkdaşlığı ilə “Təlimdən – Karyeraya - 2” layihəsinin “Məlumatlandırma Günü” tədbiri keçirilib.
Qonaqpərvərlik sahəsində gənclərin peşəkar inkişafına dəstək göstərməyi hədəfləyən “Təlimdən – Karyeraya - 2” layihəsinin məlumatlandırma günü uğurla təşkil olunub. Tədbir “Synergia Academy” və “TABIA Group” arasında tərəfdaşlıq çərçivəsində reallaşıb. Həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri tədbirdə qonaq qismində iştirak ediblər.
Layihənin əsas məqsədi regionlarda yaşayan və ya bu bölgələrlə ailəvi bağlılığı olan gənclərin doğma ərazilərinə qayıdaraq qonaqpərvərlik sahəsində peşəkar karyeraya başlamalarına və bu istiqamətdə inkişaflarına şərait yaratmaqdır. Proqrama 18-30 yaş arası, orta ixtisaslı və ya ali təhsilli Azərbaycan vətəndaşlarının iştirakı nəzərdə tutulur.
Təlim proqramı 3-6 ay müddətində davam edəcək və müasir qonaqpərvərlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Proqramı uğurla başa vuran iştirakçılar “TABIA Group”-a daxil olan hotellərdə işlə təmin olunacaqlar.
Tədbirin açılışında “TABIA Group”-un icraçı direktoru Uygar Koçaş çıxış edərək layihənin qonaqpərvərlik sahəsində insan kapitalının inkişafına əhəmiyyətli töhfə verəcəyini və təhsil ilə sənaye arasında strateji körpü rolunu oynayacağını vurğulayıb.
“Synergia Academy”nin icraçı direktoru Rəna Əfəndiyeva öz çıxışında layihənin gənclərə qonaqpərvərlik sahəsində bilik və bacarıqlar qazandıracağını qeyd edib.
“Badamdar Hotel & Residences”-in icraçı direktoru Anar İbrahimov isə çıxışında layihənin şirkətin insan resursları strategiyası ilə tam uyğunluq təşkil etdiyini bildirib.
Şirkətlər haqqında:
“Synergia Academy” 2016-cı ildə “PMD Group”un tərkibində “Qonaqpərvərlik Akademiyası” adı ilə təsis edilmiş, 2023-cü ildən isə yenilənmiş formatda fəaliyyətini hazırkı adı ilə davam etdirmişdir. İlkin mərhələdə yalnız hotelçilik və menecment sahələrinə fokuslanan Akademiya bu gün müxtəlif sektorlarda - tekstil, kənd təsərrüfatı, FMCG (tez istehlak edilən gündəlik tələbat malları) və s. sahələrdə peşəkar bacarıqların inkişafını dəstəkləyir.
2016-cı ildə "PMD Hospitality" adı ilə əsası qoyulan və sonradan uğurlu rebrendinq nəticəsində “TABIA Group” adını alan şirkət, Azərbaycanda qonaqpərvərlik aktivlərinin idarə olunmasında qabaqcıl istiqamətverici qüvvələrdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
