"OBA" marketlər şəbəkəsi ilə Keyfiyyət Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində “OBA Market” MMC ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığı əhatə edən anlaşma memorandumu imzalanıb.
Bu sənəd tərəflər arasında beynəlxalq keyfiyyət standartlarının tətbiqi, mövcud idarəetmə proseslərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində uzunmüddətli əməkdaşlıq məqsədi daşıyır.
Memorandum “OBA Market” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova və Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu tərəfindən imzalanıb. İmzalanma mərasimində hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Tərəflər arasında imzalanmış bu mühüm sənəd “OBA Market” MMC-nin fəaliyyət sahələrinə uyğun olaraq beynəlxalq standartların tətbiqi istiqamətində birgə layihələrin hazırlanması və həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda təlimlərin, seminarların və təcrübə mübadiləsi proqramlarının təşkili də planlaşdırılır.
“OBA” marketlər şəbəkəsi artıq 3 ildən çoxdur ki, diskaunt market konsepsiyasından "qonşu market" modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. İmzalanan memorandum da məhz bu strateji hədəflərin davamıdır.
Sənəd tərəflər arasında yalnız hüquqi əməkdaşlıq çərçivəsini deyil, həm də qarşılıqlı etimad və inkişaf üçün ortaq baxışların formalaşdırılmasını təmin edir. Tərəflər bu memorandum əsasında ekspert və mütəxəssislərin mübadiləsi, birgə işçi qruplarının yaradılması, mətbuat konfranslarının və müxtəlif görüşlərin təşkili istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar. Bu əməkdaşlıq “OBA Market”in keyfiyyətə yönəlik inkişaf strategiyasının bir hissəsi olaraq daha şəffaf, effektiv və müasir idarəetmə modelinin qurulmasına xidmət edəcək.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin nümayəndə heyəti daha sonra Veysəloğlu Şirkətlər Qrupunun mərkəzi ofisində görüş keçirib. Görüş zamanı Şirkətlər Qrupunun rəsmiləri ilə “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində bir sıra istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda 1600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















