Unicapital İnvestisiya Şirkəti 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
“Unicapital İnvestisiya Şirkəti” ASC 2024-cü ilin maliyyə göstəricilərinə əsasən, ötən illə müqayisədə illik gəlirini 38% (1 milyon 242 min manat) artıraraq 4 milyon 470 min manata çatdırıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, əməliyyat dövriyyəsi bütün strateji biznes istiqamətləri üzrə 34.3 milyard manat təşkil edib (ötən il ilə müqayisədə 76% artım). Müştəri bazası isə rekord göstərici olan 1 milyon 113 min hesab sayına çatıb.
Vurğulanıb ki, 2023-2025-ci illəri əhatə edən strateji plan və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq, aktiv inkişaf və institusional möhkəmlənmə istiqaməti seçilib. Bu çərçivədə əldə olunan gəlirin əsas hissəsi komplayns, risklərin idarə olunması, korporativ standartların tətbiqi, satış kanallarının genişləndirilməsi və yeni rəqəmsal məhsulların yaradılması kimi prioritet sahələrin inkişafına yönəldilib. Nəticə etibarilə bu istiqamətlər üzrə xərclərdə də artım qeydə alınıb.
2024-cü ilin yekunlarına əsasən, Unicapital-ın xalis mənfəəti ötən il ilə müqayisədə 55% artaraq 346 min manat təşkil edib.
Mövcud biznes istiqamətlərinin genişləndirilməsi, yeni və effektiv biznes sahələrinin yaradılması nəticəsində 2024-cü ildə haqq və komissiya gəlirləri 15% artaraq 2 milyon 712 min manata yüksəlib. Eyni zamanda, qiymətli kağızlarla aparılan əməliyyatlardan əldə olunan xalis mənfəət 104% artım nümayiş etdirərək 487 min manat təşkil edib.
Bütün bu göstəricilər fonunda şirkətin ümumi aktivləri artaraq 20 milyon 802 min manata çatıb.
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100% “Unibank” Kommersiya Bankı ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















