“Bakı Fond Birjası” və onun məsul şəxsləri cərimələnib - NÖQSANLAR AŞKARLANIB
Mərkəzi Bank “Bakı Fond Birjası” QSC-nin və onun məsul şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnmişdir.
Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilmişdir.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilmişdi.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilmiş və bununla bağlı “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilmişdir", - Mərkəzi Bank bildirmişdi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















