Kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkı açıldı
Aqroparkın sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd tingdir. 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
Marja xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verdib.
Bildirilib ki, ümumi sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.
Səmərəliliyin artırılması üçün aqroparkda ağıllı idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb.
Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur.
Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq. Diqqətə çatdırıldı ki, aqroparkın ərazisinin 1185 hektarını çoxillik əkin, 1298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir.
Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
6 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
6 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq












.jpg)







.jpg)
