AMEA-da akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub
İyunun 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış iqtisadçı alim, Milli Məclisin deputatı, “akademik Ziyad Səmədzadənin 85 illiyinə həsr olunan “Azərbaycan Respublikasının iqtisadi-siyasi inkişaf mərhələləri və müasir dövr” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, elm və təhsil müəssisələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Ziyad Səmədzadənin Azərbaycanda iqtisad elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, görkəmli alim fundamental araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin dərin təhlillər əsasında öyrənilməsinə sanballı töhfələr verib. O, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının işığında bu elm ocağının yubileyi ilə əlaqədar yenidən çapa hazırlanan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabında akademik Ziyad Səmədzadə haqqında da ensiklopedik məlumatların yer aldığını diqqətə çatdırıb. Yubilyarın ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə nəzər salan AMEA rəhbəri onun 25 yaşında namizədlik, 31 yaşında doktorluq dissertasiyalarını uğurla müdafiə etdiyini, 40 yaşında AMEA-nın müxbir üzvü, 49 yaşında isə AMEA-nın həqiqi üzvü seçildiyini bildirib.
“Ömrünün böyük bir hissəsini elmə həsr edən akademik Ziyad Səmədzadə fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi məsələsini daim diqqət mərkəzində saxlayıb”, - deyən AMEA prezidenti vurğulayıb ki, alim xüsusən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dahi liderin apardığı böyük siyasətdə əsas istiqamətlərdən biri olan iqtisadi müstəqillik məsələsini elmi cəhətdən həmin zamanın şərtlərinə uyğun ifadə etməyi bacarıb. Akademik Ziyad Səmədzadə istər keçid dövrü iqtisadiyyatını, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan modernləşmə, yeniləşmə və islahatlar dövrünün iqtisadi proseslərini təhlil edərkən iqtisadi müstəqillik və iqtisadi inkişaf nöqteyi-nəzərindən məsələlərə baxıb.
Akademik Ziyad Səmədzadənin iqtisad elmini bir sıra yeniliklərlə zənginləşdirdiyini söyləyən AMEA rəhbəri onun “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” və “Çin qlobal dünya iqtisadiyyatında” kitablarının bu ölkənin uğurlu iqtisadi inkişafının səbəblərini öyrənməklə bərabər, milli maraqlara cavab verən iqtisadi siyasət və sistemli iqtisadi islahatlar üçün də dəyərli mənbə olduğunu vurğulayıb. O, həmçinin alimin ideya müəllifi və baş redaktoru olduğu 7 cildlik “Böyük İqtisadi Ensiklopediya”nın hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, bu ensiklopedik külliyyat əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır.
Sonra Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Qorxmaz İmanov alimin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.
Tədbirdə Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç, Milli Məclisin İntizam komissiyasının sədri professor Eldar İbrahimov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri siyasi elmlər doktoru Hicran Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyev, Azərbaycan Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Milli Məclisin deputatı professor Fəzail İbrahimli, UNEC-in professoru Məhiş Əhmədov, Azərbaycan Kooperasiya Universitetinin professoru Aynurə Allahverdiyeva və digərləri çıxış edərək Ziyad Səmədzadənin iqtisad elmində tutduğu mövqedən danışıb, yubilyarı təbrik ediblər. Çıxışlarda bildirilib ki, akademik Ziyad Səmədzadə respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, iqtisadi innovasiyaların inkişafı və s. məsələlərin həllində fəal iştirak edib.
Sonda çıxış edən yubilyar böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.
© Azərtac
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq faiz xərcləri 73 milyon manatdan çoxdur
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
-
4 saat əvvəl
Bu müəssisələrin dividend ödənişinin vergiyə cəlb edilməsi nəzərdə tutulur
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
"SOCAR və "Özbəkneftqaz" neft emalı zavodu inşa edə bilər
AFB Bankdan yeni İnternet bankçılıq
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
Qısa ulduz nömrələri haradan almaq olar?
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
Ən çox oxunanlar
Vətəndaşlar bərbərxana, gözəllik və kosmetoloji xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər
Spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər















.jpg)





.jpg)


