Naxçıvanda Ağız Diş Sağlamlıq Mərkəzində yenidənqurma işləri aparılır
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən səhiyyə islahatları çərçivəsində bu sahədə dəyişikliklər baş verir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən Marja-ya verilən məlumata görə, bu çərçivədə əhalinin stomatoloji xidmətlərə daha əlçatan və keyfiyyətli şəkildə çıxışını təmin etmək məqsədilə yeni “Ağız və Diş Sağlamlığı Mərkəzi”nin yaradılması da bu istiqamətdə atılmış strateji addımlardandır. Layihə, həm infrastruktur baxımından, həm də tibbi avadanlıq təminatı baxımından regionun səhiyyə sistemində mühüm yenilik olacaqdır.
Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun şəkildə təşkili və əlçatanlığını təmin etməkdir. Belə ki əvvəlki dövrdə əhaliyə göstərilən stamatoloji xidmət Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və özəl stomatoloji kabinetlər tərəfindən həyata keçirilirdi. Lakin bu xidmətlər müasir tibbi tələblərə uyğun deyildi. Yeni mərkəzin yaradılması ilə ağız və diş sağlamlığı sahəsində infrastruktur yenilənəcək, tibbi diaqnostika və müalicə imkanları genişlənəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən yaradılan Ağız Diş Sağlamlıq Mərkəzində hazırda yenidənqurma işləri aparılır. Mərkəzdə əhaliyə göstəriləcək xidmətlərin çeşidini və keyfiyyətini artırmaq məqsədilə altı ixtisaslaşmış şöbə – stomatoloji, pediatriya, cərrahiyyə, ortodontiya, ortopediya və radiologiya şöbələri fəaliyyət göstərəcək. Radiologiya şöbəsi sefolometrik rentgen cihazı ilə təchiz olunacaq ki, bu da Naxçıvan Muxtar Respublikasında ilk dəfə tətbiq ediləcək və dəqiq diaqnoz qoyulmasına mühüm töhfə verəcək.
Mərkəzdə aparılacaq cərrahi müdaxilələrin effektivliyini artırmaq məqsədilə cərrahiyyə şöbəsi müasir tibbi avadanlıqlarla – elektron lazer cihazı və piezo cərrahiyyə aparatı ilə təchiz olunacaq. Bununla yanaşı, əlilliyi olan şəxslərin tibbi xidmətlərdən daha rahat şəkildə faydalana bilmələri üçün xüsusi stomatoloji kabinet və uyğunlaşdırılmış tibbi kreslo da istifadəyə veriləcəkdir.
Ümumilikdə 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək.
Qeyd edək ki, təmir tikinti işləri davam edən mərkəzin bu ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 11 d. əvvəl
-
- 14 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Ən çox oxunanlar
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


















