Tarixdə 4 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət oldu
Nvidia tarixdə kapitallaşması 4 trilyon dollara çatan ilk şirkət oldu. Çip istehsalçısının Nasdaq birjasındakı səhmləri süni intellekt sahəsində davam edən həyəcan fonunda 2,8% bahalaşıb.Nvidia tarixdə 4 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət oldu.
Çip istehsalçısının Nasdaq birjasındakı səhmləri süni intellekt ətrafında həyəcanın davam etməsi fonunda 2,8% bahalaşıb. Bir səhmin qiyməti 164 dolları keçib.
Marja ticarət məlumatlarına istinadən xəbər verir ki, iyulun 9-da keçirilən ticarət zamanı Nvidia-nın bazar kapitallaşması 4 trilyon dolları ötüb.
Nvidia, ondan əvvəl 3 trilyon dollar həddinə çatan Microsoft və Apple-ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub. Microsoft həm də Nvidia-nın ən böyük və ən vacib müştərilərindən biridir.
1993-cü ildə əsası qoyulan və Kaliforniyada yerləşən şirkət ilk dəfə 2024-cü ilin fevralında 2 trilyon dollar həddini, iyunda isə 3 trilyon dolları ötüb.
Nvidia, 2022-ci ilin sonunda ChatGPT-nin istifadəyə verilməsindən sonra süni intellekt avadanlıqları və çiplərinə artan tələbatdan böyük gəlir əldə edir.
Çiplərə tələbin artması nəticəsində şirkətin səhmlər son bir ayda 15%-dən, ilin əvvəlindən isə 22%-dən çox bahalaşıb. Nvidia səhmləri bu il cəmi 22 faiz dəyər qazanaraq, şirkətin kapitallaşmasına təxminən 700 milyard dollar əlavə edib. Nvidia səhmləri 2023-cü ildəki 240% bahalaşmasına əlavə olaraq, 2024-cü ildə 170%-dən çox dəyər qazanmışdır.
Geosiyasi gərginliklərə və Çinə satışa mane olan məhdudiyyətlərinə baxmayaraq Nvidia səhmləri bahalaşır. Keçən ay Nvidia, Çin üçün yaradılmış H20 çiplərinə ixrac məhdudiyyətinin 8 milyard dollar itkisi ilə nəticələnəcəyini açıqlayıb.
50 milyard dollarlıq Çin bazarı faktiki olaraq ABŞ sənayesi üçün bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





