“AFB Bank”ın sədrinə müavin təyin edilib
Rüfət Manafov “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib.Risklərin idarə edilməsi və daxili nəzarət sahəsində 14 illik geniş təcrübəyə malik Rüfət Manafov “AFB Bank” ASC-də Baş Risk İnzibatçısı/İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Rüfət Manafov Bank sahəsində karyerasına AccessBank QSC-də başlamış, daha sonra Bank Respublika ASC-də risklərin idarə edilməsi istiqamətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2022-ci ildən etibarən PMD Group MMC-də risklərin idarə edilməsi strukturunun rəhbəri olaraq fəaliyyət göstərmişdir. O, həmçinin Xəzər Universitetində maliyyə risklərinin idarə edilməsi sahəsində pedoqoji fəaliyyət göstərir.
Rüfət Manafov risklərin və investisiyaların idarə edilməsi sahəsində ABŞ-də yerləşən dünyaca ən nüfuzlu sayılan Global Association of Risk Professionals tərəfindən təqdim olunan FRM® (Financial Risk Manager), həmçinin CFA Institute tərəfindən təqdim olunan CFA® (Chartered Financial Analyst) sertifikatlarına sahibdir. O, eyni zamanda Management Centre Europe tərəfindən təşkil olunan Mini-MBA proqramını da uğurla başa vurmuşdur.
Rüfət Manafov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsini bitirmişdir..
Xatırladaq ki, AFB Bank 2025–2027-ci illər üçün əsas strateji hədəf kimi müştəri məmnuniyyətinin artırılması və rəqəmsal bankçılıq imkanlarının genişləndirilməsini müəyyənləşdirib. O cümlədən vurğulamaq lazımdır ki, bank rəhbərliyi innovativ həllərlə xidmət keyfiyyətini yüksəltməyi və regional bazarda mövqeyini daha da gücləndirməyi qarşısına məqsəd qoyub. Eyni zamanda Bank gələcək risklərin qarşısını almaq, korporativ idarəetmə və riskə əsaslanan qərarvermə prinsiplərini dəstəkləmək məqsədilə komanda tərkibinin gücləndirilməsinə xüsusi önəm verir və sahə üzrə dərin bilik və təcrübəyə malik peşəkarların cəlb olunmasında maraqlıdır. Rüfət bəyin bu sahə üzrə təcrübəsinin də bankın dayanıqlı inkişafına, risk mədəniyyətinin gücləndirilməsinə və ümumi rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcəyinə inanırıq.
“AFB Bank” ailəsi olaraq yeni təyinatla bağlı Rüfət Manafova fəaliyyətində uğurlar arzulayırıq.
Qeyd edək ki, AFB Bankın İdarə Heyətinə Amid Qənbərov sədrlik edir, sədr müavini vəzifəsini və Baş Maliyyə İnzibatçısı vəzifəsini isə Lalə Quliyeva icra edir. İdarə Heyətinin peşəkar yanaşması nəticəsində bank müasir trendlərə uyğun strateji inkişaf istiqamətlərini müəyyənləşdirərək dayanıqlı və dinamik böyüməyə fokuslanır. Bununla yanaşı, bank əməliyyatlarının səmərəliliyinin artırılması, müştəriyönümlü yanaşmanın gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə xidmət keyfiyyətinin daha da yüksəldilməsi qarşıya əsas hədəf kimi qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
46 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
59 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























