Yeni tikilən binalarda çəkilən kabellər 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir
İKTA-da internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş keçirilib
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş baş tutub.
Xatırladaq ki, bu istiqamətdə ilk görüş cari ilin 22 may tarixində keçirilmişdi. Həmin görüşdə internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, şəbəkələrin texnoloji yenilənməsi və ümumilikdə sektoral inkişafla bağlı qarşıya qoyulmuş hədəflər müzakirə edilmişdi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn prioritetlər diqqətə çatdırılmışdı. Toplantının nəticəsi olaraq bu tipli görüşlərin, seminarların və təlimlərin mütəmadi keçirilməsi qərara alınmışdı.
Budəfəki görüşün məqsədi isə ötən müddət ərzində operator və provayderlərin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün gördükləri hazırlıq işlərinin vəziyyəti, çətinlikləri və cari texnoloji vəziyyətin müzakirəsi olub.
Görüş zamanı çıxış edən İKTA nümayəndələri internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb, “Ookla Global Index” üzrə beynəlxalq mövqelər və müvafiq statistika ilə bağlı təqdimat ediblər. Həmçinin şəbəkələrin modernləşdirilməsi, “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) və simsiz texnologiyaların yeni nəsil texnologiyalarla əvəzlənməsinin zəruriliyi diqqətə çatdırılıb.
İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.
Bu səbəbdən İKTA həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb. İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.
Sonda operator və provayder nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların ünvanladıqları suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
14 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
























