Bir sıra bəyannamə formaları təsdiq edilib
Bir sıra bəyannamə formaları və onların tərtib olunma qaydaları yeni redaksiyada təsdiq edilibVergi Məcəlləsinə və digər qanunvericilik aktlarına edilən dəyişikliklərlə əlaqədar bir sıra vergi bəyannamələri və hesabat formaları, habelə onların tərtib olunma qaydaları yenilənib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, Məcəlləyə 101.6-1 və 150.1.14-1-ci maddələr əlavə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun icrası ilə bağlı “Dövlət rüsumu haqqında” Qanuna da 20-5-ci maddə daxil edilib.
Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Dövlət rüsumunun tutulması haqqında hesabat” formaları və bu sənədlərin tərtib olunma qaydaları yeni redaksiyada təsdiqlənib.
Müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında daha əvvəl qüvvədə olan sənədlər ləğv edilib.
Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)




