Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) cümə axşamı faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində bu gün beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşır.
EUR/USD valyuta cütlüyü 1.17100 səviyyəsindən 1.17800 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü eyni müddət ərzində 1.35140 həddindən 1.35880 həddinə kimi artıb. Dolların zəifləməsinə baxmayaraq, qızıl dəyər itirib. Qiymətli metal 3439$ səviyyəsinə qədər yüksəldikdən sonra 3370$ səviyyəsinə kimi kəskin geriləyib.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, Yaponiya ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək. Bundan əlavə, ABŞ Yaponiyaya avtomobil, həmçinin düyü və digər kənd təsərrüfatı məhsulları ixrac etməyə başlayacaq. Yaponiyadan idxal olunan mallara isə Amerikada 15% həcmində tarif tətbiq olunacaq.
Yaponiya ilə əldə olunan razılaşma, ABŞ-ın 1 avqust üçün müəyyən edilmiş tarif tətbiqi son tarixindən əvvəl digər ticarət tərəfdaşları ilə də razılığa gələ biləcəyi ümidlərini artırır.
“Financial Times” qəzeti çərşənbə günü bildirib ki, Brüssel və Vaşinqton da ticarət sazişi bağlamağa yaxındırlar. Bu sazişə əsasən, Avropadan ABŞ-a idxal olunan mallara tariflər 15% təşkil edəcək. Müzakirə olunan şərtlərə hər iki tərəfin bir sıra mallara, o cümlədən təyyarələrə, alkoqollu içkilərə və tibbi avadanlıqlara tətbiq olunan tariflərdən imtina etməsi daxildir.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da təkrar mənzil bazarında satışlar iyun ayında əvvəlki ayla müqayisədə 2.7% azalaraq illik hesablama ilə 3.93 milyon evə qədər enib. May ayı üzrə göstərici əvvəl açıqlanan 4.03 milyon evdən 4.04 milyon evə qədər yenilənib. Ötən ilin iyun ayı ilə müqayisədə isə təkrar mənzil satışlarında dəyişiklik olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla izləniləcək. Əlavə olaraq, Almaniyada "GFK" tərəfindən İstehlakçı İnamı İndeksi, ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 gün sonra
-
-
19 d. əvvəl
Başlıq: Birmarket təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır
-
44 d. əvvəl
Polad canlananda: “Baku Steel Art 2025” sərgisi Bakıda açıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri 185 milyon manatdan çoxdur
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondu 4 investisiya layihəsinə pul ayırıb - ADLARI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərəb şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edir - Razılaşma imzalandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
Ən çox oxunanlar
"Pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq"
"Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir"
"Yaxın gələcəkdə bir çox Azərbaycan şirkəti dünya səviyyəli hərbi təyinatlı məhsullar istehsal edəcək"
İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib - YENİLƏNİB
Noyabrın 4-də gözlənilən hava şəraiti
Qarabağ misinin satışı üçün müqavilə imzalandı
Daha bir bankın nizamnamə kapitalı 100 milyon manatı keçib











.jpg)





.jpg)



