Sahibkarlara taxta altlıqlar, yeşiklər və paletlər ilə bağlı müraciət edildi
Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət edib.
Müraciətdə bildirilir ki, beynəlxalq ticarət qaydalarına əsasən, ixrac olunan məhsullarla birlikdə istifadə edilən taxta altlıqlar, yeşiklər, barabanlar, paletlər və digər meşə materiallarından hazırlanmış qablaşdırma vasitələri İSPM 15 beynəlxalq standartına uyğun şəkildə zərərsizləşdirilməli və müvafiq nişanla (marka ilə) işarələnməlidir.
İSPM 15 – məqsədi ixracatda istifadə edilən emal olunmamış ağac materialları vasitəsilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaqdan ibarət olan beynəlxalq standartdır. Bu standarta əsasən, istifadə olunan taxta materiallar:
• qabıqsız və çürüksüz olmalıdır;
• mütləq şəkildə termiki və ya kimyəvi (fumiqasiya) üsullarla zərərsizləşdirilməlidir.
Hazırda ölkəmizdə İSPM 15 tələblərinə uyğun olaraq, həm yerində (fumiqantla), həm də stasionar məntəqələrdə termiki üsulla zərərsizləşdirmə işləri aparılır. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin 23.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə 441 nömrəli Fərmana əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.
Karantin obyekti dedikdə, zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən bitkilər və bitkiçilik məhsulları, onların saxlanma yerləri, qablaşdırma materialları, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt və ya yük başa düşülür.
Bundan əlavə, Nazirlər Kabinetinin 260 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu sahədə zərərsizləşdirmə işləri yalnız Kənd Təsərrüfatı Nazirliyinin xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir.
İxrac prosesində hüquqi və texniki problemlərin yaranmaması üçün sahibkarlara aşağıdakılar tövsiyə olunur:
• saxta möhür və markalardan istifadə etməmək;
• zərərsizləşdirmə üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə müraciət etmək.
Zərərsizləşdirmə işləri tamamlandıqdan sonra qablaşdırma vasitələri standartlara uyğun şəkildə markalanır və sahibkara akt təqdim olunur.
Aqrar Xidmətlər Agentliyi sahibkarları diqqətli olmağa və yalnız rəsmi prosedurlara əməl etməyə çağırır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























