Kredit təşkilatına 5 il müddətinə borca 3 milyon manat pul lazımdır - illik 17% ödəyəcək
"Kredit Evi"nin 3 milyon manat borclanması üzrə qərar verildi.12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə lombard və avtomobil lizinqi şirkəti "Kredit Evi"ASC-nin 3 miyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja.az xəbər verir ki, "Kredit Evi"ASC istiqraz yerləşdirməklə 3 milyon manat borclanmağı nəzərdə tutur. İstiqrazların sayı 3000 ədəd, hər birinin qiyməti 1000 manat, illik gəlirlilik dərəcəsi 17%-dir. Tədavül müddəti 5 il təşkil edir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kredit Evi" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003021493
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 3000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 3 000 000 manat
İllik gəlirlilik faizi: 17%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 19.08.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Qeyd edək ki, "Kredit Evi" ASC qızıl- zinət əşiyaları, telefon, planşet, kompüter, avtomobil girovu ilə kredit və avtomobil lizinqi təklif edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















