Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatmışdır.
Marja.az 2025-ci ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.08.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17 min 204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35 min 385 nəfər təşkil etmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53 min 739 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.
Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm olmuşdur. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11,0), Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan (10,3), Şirvan-Salyan (10,1), Quba-Xaçmaz və Mərkəzi Aran (9,9), Qazax-Tovuz (9,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,0) yüksək olmuşdur.
Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 min 400 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşmüşdür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 24 min 815 nikah və 10350 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür. Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6), Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olmuşdur.
2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1709 nəfər gələn, Azərbaycandan isə 1092 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 617 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
4 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
4 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
5 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
5 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
5 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
